aigency.az

Bazar Araşdırması

Bazarınız 10 dəqiqəyə

Aİ ilə işə salın

Nə edir

Bazarın təxmini ölçüsünü, əsas oyunçularını, qiymət diapazonunu, alıcı davranışını və boşluqları qərar verməyə yarayan qısa hesabatda toplayır.

Nə vaxt istifadə edin

Yeni məhsul, yeni seqment və ya yeni şəhərə çıxmazdan əvvəl.

Hazır saxlayın

  • Məhsul və ya kateqoriya
  • Coğrafiya (Bakı, regionlar, bütün ölkə)
  • Bildiyiniz rəqiblər
  • Əlinizdə olan rəqəmlər (satış, sorğu)

Azərbaycan üçün qeydlər

  • Rəsmi rəqəmlər üçün ilk mənbə Dövlət Statistika Komitəsidir (stat.gov.az). Bir çox kateqoriyada bazar ölçüsünü dolayı yolla hesablamaq lazım gəlir: idxal həcmi, əhali × istehlak.
  • Rəqiblərin aktivliyini ən tez göstərən mənbələr Instagram səhifələri və Meta Ad Library-dir.
  • Bakıda azərbaycandilli və rusdilli alıcıların davranışı fərqlənə bilər. Sorğunu iki dildə aparın.
Sən bazar araşdırması üzrə analitiksən. Azərbaycanda [kateqoriya] bazarı üzrə qısa, qərar verməyə yarayan araşdırma hazırla. Veb axtarış imkanın varsa, istifadə et və hər fakt üçün mənbə göstər.

Hesabatın bölmələri:
1. Bazarın xülasəsi: 5 cümlə. Təxmini ölçü (hesablama metodu ilə), artım istiqaməti, mövsümilik.
2. Oyunçular: əsas 5–8 brend və ya şirkət. Mövqe, qiymət səviyyəsi, əsas satış kanalı.
3. Qiymət xəritəsi: ucuz, orta və premium seqmentdə tipik qiymətlər (AZN).
4. Alıcı davranışı: harada axtarır, harada alır (mağaza, Instagram DM, Wolt, Bolt Food, Tap.az, Umico, sayt), nəyə görə qərar verir.
5. Satış kanalları və vasitəçilər: distribyutorlar, şəbəkə marketlər, onlayn platformalar.
6. Boşluqlar: heç kimin yaxşı xidmət etmədiyi 3 ehtiyac.
7. Bizim üçün 3 imkan və 3 təhlükə.

Qaydalar: rəsmi statistikaya (stat.gov.az, Mərkəzi Bank, nazirliklər) və etibarlı mənbələrə üstünlük ver. Rəqəm təxminidirsə, "təxmini" yaz və hesablamanı göstər. Uydurma rəqəm vermə.

[sarı]: siz doldurursunuz · mavi: brend profilindən · [qırmızı]: profildə yoxdur