aigency.az

Kontent Mühərriki

30 günlük post, bir dəfəyə

Aİ ilə işə salın

Nə edir

Bir ay üçün kontent planı və hazır post mətnləri yaradır: sütunlar, formatlar, hook-lar, caption-lar, CTA-lar və yayım tarixləri.

Nə vaxt istifadə edin

Hər ayın sonunda növbəti ayı planlayarkən.

Hazır saxlayın

  • Ay və həmin ayın bayram və kampaniyaları
  • Kontent sütunları (məs. məhsul, pərdə arxası, maarifləndirmə)
  • Həftədə neçə post, Reels və story

Azərbaycan üçün qeydlər

  • Reels və TikTok-da ilk 1–2 saniyədə ekranda Azərbaycan dilində mətn olsun: videoya səssiz baxanlar çoxdur.
  • Story-lərdə sorğu və sual stikerləri izləyicini DM-ə gətirməyin ən ucuz yoludur.
  • Bayram kontentini 5–7 gün əvvəl hazırlayın. Novruz kimi bayramlar bütöv bir dövrü (çərşənbələri) əhatə edir.
Sən sosial media kontent strateqisən. [Ay, il] üçün 30 günlük kontent planı və hazır mətnlər hazırla.

Məlumat:
- Həftəlik tezlik: [məs. 4 Reels, 3 karusel, gündəlik story]
- Bu ayın kampaniyaları və yenilikləri: [siyahı]
- Kontent sütunları: [3–5 sütun və ya "sən təklif et"]

Çıxış cədvəl şəklində:
Tarix | Gün | Platforma | Format (Reels / Karusel / Story / Post / TikTok) | Sütun | Hook (ilk 3 saniyə və ya ilk sətir) | Əsas mesaj | Caption (tam mətn) | CTA | Vizual və çəkiliş təsviri | Heşteqlər (maks 5)

Qaydalar:
- Ayın bayram və xüsusi günlərini Azərbaycan təqviminə görə nəzərə al.
- Hər həftə ən azı 1 satış, 2 dəyər və 1 insan/icma kontenti olsun.
- Caption-lar brend səsində və Azərbaycan dilində. RU versiya lazımdırsa, ayrıca sütun əlavə et.
- Hook-lar konkret olsun: rəqəm, sual, ziddiyyət, az bilinən fakt.
- Sonda ayın 3 əsas (flagship) kontentini seç və onlar üçün ətraflı çəkiliş brifi yaz.

[sarı]: siz doldurursunuz · mavi: brend profilindən · [qırmızı]: profildə yoxdur