aigency.az

WhatsApp və Email Ardıcıllığı

Salamdan satışa

Aİ ilə işə salın

Nə edir

Yeni lid üçün mesaj ardıcıllığı yazır: WhatsApp (əsas kanal), email (B2B) və SMS. Gün-gün, məqsədi və tam mətni ilə.

Nə vaxt istifadə edin

Lidlər gəlir, amma cavab gecikir və satışa çevrilmir.

Hazır saxlayın

  • Lidin mənbəyi (reklam, Instagram DM, sayt formu)
  • Satış dövrünün uzunluğu
  • Kanallar: WhatsApp, email, SMS

Azərbaycan üçün qeydlər

  • Azərbaycanda lidlə ünsiyyətin əsas kanalı WhatsApp-dır. Email daha çox B2B və rəsmi yazışmada işləyir.
  • Mesajları iş saatlarında göndərin, gecə və bayram günlərində satış mesajından çəkinin.
  • Kütləvi göndəriş üçün WhatsApp Business API və müştərinin razılığı lazımdır. Şəxsi nömrədən kütləvi mesaj nömrənin bloklanmasına səbəb ola bilər.
Sən lid nurturing və satış mesajları üzrə mütəxəssissən. Yeni lid üçün 7–14 günlük mesaj ardıcıllığı yaz.

Məlumat:
- Lid haradan gəlir: [mənbə]
- Lid nə istəyib: [qiymət, kataloq, konsultasiya]
- Kanallar: [WhatsApp / email / SMS]
- Satışın tipik müddəti: [gün]

Hər mesaj üçün:
Gün | Kanal | Məqsəd | Mətn (tam) | Gözlənilən cavab | Cavab gəlməsə növbəti addım

Qaydalar:
- 1-ci mesaj ilk 5 dəqiqədə gedir: salam, ad, kömək təklifi, 1 sual.
- WhatsApp mesajları qısa olsun (maksimum 60 söz). Səsli mesaj üçün alternativ mətn ver.
- Hər 2–3 mesajdan biri dəyər versin: məsləhət, rəy, video.
- Etirazlara cavab: "bahadır", "fikirləşim", "sonra yazaram". Hər birinə 2 cavab.
- B2B email-ləri üçün mövzu sətrini 3 variantda yaz.
- Son mesaj: nəzakətli bağlanış mesajı ("sizi narahat etməyək, istədiyiniz vaxt yazın").

[sarı]: siz doldurursunuz · mavi: brend profilindən · [qırmızı]: profildə yoxdur